EN

Nazir müavini: İqlim dəyişiklikləri bəşəriyyət üçün böyük çağırışdır - Vətən Naminə

">

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən Dəyirmi masada qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, U. Tağıyevanın sözlərinə görə, noyabrda qonşu ölkələrdə müşahidə olunan bu proseslər bəşəriyyət üçün böyük çağırışdır:

“Çox təəssüf ki, inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrdə iqlim dəyişiklikləri fəsadlar törədir. Yaxın illərdə bu iqlim dəyişikliklərinin sayı artacaq. Bu, bəşəriyyət üçün böyük çağırışdır”.

O qeyd edib ki, İqlim Dəyişmələri üzrə 28-ci Konfransda (COP 28) Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu tədbirdə ölkənin ümumi qlobal tövsiyəsi, ölkədə görülən işlər, iqlim dəyişmələri ilə bağlı ətraflı məlumat veriləcək.

Vətən Naminə Mətbuat Xidməti

Chosen
54
50
vetennamine.az

10Sources