EN

Ermənilər yenidən AZĞINLAŞDI: Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəş ALTINDA

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Paytaxt.org bildirir ki, bu barədə Musavat.com-aMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.

Chosen
45
31
paytaxt.org

10Sources