EN

İsrail "Fələstinin cəsur qızı"nı azad etdi

İsrail hökuməti Qəzza zolağındakı qarşıdurmada "humanitar fasilə"nin iki gün müddətinə uzadılması qərarı çərçivəsində azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib.

Publika. az xəbər verir ki, “Fələstinin cəsur qızı” kimi tanınan Ahed Tamimi də İsrailin azad edəcəyi fələstinlilər siyahısında yer alıb.

Beləliklə, razılaşma əsasında azadlığa buraxılacaq fələstinli məhbusların sayı 350-yə çatıb. Ötən gecə 10 israilli və 2 taylandlı HƏMAS tərəfindən Qırmızı Xaça təhvil verilib, İsrail isə 30 fələstinli məhbusu azad edib.

İsrail əsgərini yumruqlayaraq gündəmə gələn "Fələstinin cəsur qızı" kimi tanınan Ahed Tamimi də İsrail tərəfindən sərbəst buraxılıb. Xatırladaq ki, Tamimi işğal altındakı İordan çayının qərb sahilindəki evinə basqından sonra zorakılıq və terrorizmi təşviq etmək ittihamı ilə həbs edilmişdi.

Chosen
284
6
publika.az

7Sources