EN

Əl-Colani: "Suriya İran silahlarının “Hizbullah”a ötürülməsi üçün dəhliz olmayacaq"

"İran Suriyaya böyük ziyan vurdu və Hizbullah bizə sarsılmaz yaralar əmələ gətirdi".

Bizim.Media xəbər verir ki, bunu Suriyanın yeni lideri Əhməd əl-Şaara (Əl-Colani) İran-Suriya münasibətlərinə münasubət bildirərək deyib.

Livanın baş naziri Nəcib Miqati ilə Suriyanın yeni lideri Əhməd əl-Şaara arasında Dəməşqdə keçirilən görüşün məzmunu ilə tanış olan livanlı mənbələr "Əl-Ərəbiyyə"yə bildiriblər ki, tərəflər ikitərəfli əlaqələr üçün Bəşar Əsəd və atası Hafiz Əsədin yanaşmasından fərqli çərçivədə bir sıra mühüm məsələlərdə razılığa gəliblər.

Bizim.Media

Chosen
111
50
bizim.media

10Sources