Bakı, 17 yanvar, AZƏRTAC
2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, onların 32,93 faizini kişilər, 67,07 faizini isə qadınlar təşkil edib.