EN
  • AZ
  • RU
  • Night Mode
  • Homepage
  • Statistics
  • Sources
  • Rating
  • Weather
  • Currency
Topics
  • All topics
  • Politics
  • Economy
  • Society
  • Culture
  • War
  • Show business
  • Sport
  • Crime
  • World
  • Interview
  • Maraqlı
  • İKT
  • Other
  • Education
  • Auto
  • Tourism
  • Analytics
  • Biznes
  • phrase_var_article.multimedia
  • + More - Less
  • About us
  • Advertisement
  • Contact
  • More
    • User Terms
    • Support
Society
08.02.2025 ◦ 18:33
  • Smartbee
  • Report

Bağçada müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağladı - VİDEO

  Gəncə şəhərində uşaq-inkişaf mərkəzi və özəl bağça kimi fəaliyyət göstərən mərkəzlərdən birində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, olay "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində baş verib və müşahidə kameralarına düşüb.

Görüntülərdən məlum olur ki, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan qadın müəllim onların ağzını yapışdırıcı lentlə bağlayır. Hadisə otaqda sakitlik olan və uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza yoxsa, oyun xarakterli olduğu aydınlaşmır.



"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova Teleqraf-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:

“Müəllim oyun niyyəti ilə, uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbbədən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.

Mərkəzin rəhbəri Əfsanə Kazımova isə bildirib ki, məsələdən bir neçə gün sonra xəbər tutub və həmin müəllim işdən azad olunub:

"Müəllim bunu uşaqların öz istəyi ilə edib və pis bir niyyəti olmayıb. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bu məsələni qabardıb, digər valideynlərin isə şikayəti olmayıb".

Mərkəz özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi üçün Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib: "Mərkəz heç bir qurumun tabeliyində olmadığından nazirlik məsələyə qarışa bilmir".

Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.  



Chosen
481
10
0
referans.az

10Sources

  • hit.az
    Telefon uşaqlara oyuncaq əvəzi verilir? ( 15627795)
  • metbuat.az
    Bağçada uşaqların ağzına niyə "skoç" vurulub? - ( 15379421)
  • azia.az
    Uşaqların həyatı təhlükədə – Bu oyunlar ölümə ( 15350875)
  • azia.az
    "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində uşaqların ağzını yapışdırıcı lentlə bağladı - DƏHŞƏT/VİDEO ( 15350069)
  • gender.az
    Uşaqların həyatı təhlükədə – Bu oyunlar ölümə ( 15346975)
  • hurriyyet.az
    Uşaqların həyatı təhlükədə – Bu oyunlar ölümə ( 15346967)
  • tribunainfo.az
    Uşaqların həyatı təhlükədə – Bu oyunlar ölümə ( 15345109)
  • hit.az
    Uşaqların həyatı təhlükədə - Bu oyunlar ölümə ( 15343877)
  • referans.az
    Bağçada müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağladı - VİDEO ( 15343621)
  • Reportyor.tv
    Bağçada müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağladı - VİDEO ( 15343497)
  • About us
  • Advertisement
  • User Terms
  • Support
  • Contact

Sign in to your account

Don't have an account? Sign up
Forgot password?
facebook login

Sign up

Do you have an account? Sign in
Log in with Facebook

Şifrəni bərpa et

Do you have an account? Sign in