EN

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı60 nəfər artıb

2024-cü ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

Marja.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir. 

Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

2023-cü iin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2353 nəfər idi. Beləliklə, ötən il bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say 60 nəfər artıb.

Chosen
90
3
marja.az

5Sources