EN

bp-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Bakı, 13 fevral, AZƏRTAC

Ötən ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,55 faiz və ya 60 nəfər artaraq 2413 nəfər olub.

AZƏRTAC bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Chosen
89
3
azertag.az

4Sources