EN

Azərbaycanın xarici ticarət dövriyyəsi 70%-dən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilinyanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2milyard 986,1 milyon ABŞ dolları idi.

Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın,2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%)və 910 milyon dollar (79,7%) çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Chosen
122
1
az.trend.az

3Sources