Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi(MDB) ölkələri arasında 556,4 milyon ABŞ dolları dəyərində ticarətəməliyyatları baş tutub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 134,8milyon ABŞ dolları və ya 32% çoxdur.
Dövr ərzində Azərbaycan MDB ölkələrindən 436,2 milyon ABŞdolları dəyərində mallar idxal, 120,2 milyon dollarlıq isə ixracedib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7milyon ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın,2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%)və 910 milyon dollar (79,7%) çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.