Görəsən, Bakını RONK-la ("Dağlıq Qarabağın rus icması") qorxutmaq kimi axmaq ideya kimin ağlına gələrdi?!
Doğrudan da, Moskvada, bölgə ilə məşğul olan ixtisaslaşdırılmış strukturlarda ötən əsrdən qalma qoca axmaqlar var. Prinsipcə, Xarici İşlər Nazirliyi də bu gradasiyadan çox uzaq deyil...
Mən bu rus xristianlarına öz milli əyalətlərinə, xüsusən də Moskvanın elmi elitasının “daxili xaric” adlandırdığı Çeçenistana diqqət yetirməyi tövsiyə edərdim.
Moskvadakı bu toplantıların təşkilatçıları Rusiya Federasiyası Prezidentinin Administrasiyasının balansında olan və həftə sonları cəsur çeçenlərin və Kadırovun nümayəndələrinin Moskvada maliyyə razborklarını həll etdikləri “Prezident” mehmanxanasına getsələr, daha yaxşı olardı. Pravoslav ruslar öz məhkəmələrində həll edə bilmədikləri məsələləri həll etmək üçün çeçenlərlə randevu almaq üçün növbəyə düzülürlər. Kadırovun orta səviyyəli mühafizəçisi Bastırkindən (Rusiyanın İstintaq Komitəsinin sədri - ANSPress) daha nüfuzlu görünür.
Bəs bu tədbirin iştirakçıları?! Nə oldu?! İt də getdi, ip də?! Onları toplayıblar ki, bir az hay-küy salsınlar, sonra münasibətlər normallaşanda işlənmiş material kimi çölə atsınlar. 2023-cü ilin sentyabrında baş verdiyi kimi... bu kateqoriyadakı insanabənzərlərdə özünə hörmət hissi yoxdur!