EN

Bakıda yeznəsini qətlə yetirən şəxs SAXLANILDI

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Rasim Fəxrəddin oğlu Zamanovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidməti məlumat yayıb.

Ailə üzvlərindən alınan məlumata görə, qətli R.Zamanovun qaynı törədib. Bildirilib ki, mübahisə mülk üstündə yaranıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs, 1980-ci təvəllüdlü Həsən Məmməd oğlu Həsrətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Chosen
558
1
medianews.az

10Sources