Bakının Nizami rayonunda Zamanov Rasim Fəxrəddin oğlunu qətlə yetirməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, hadisə dekabrın 2-də gecə saatlarında qeydə alınıb.
xxx
01:16
Bakının Nizami rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Rasim Zamanov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Ailə üzvlərindən aldığımız məlumata görə, qətli R. Zamanovun yeznəsi törədib.