Livan parlamenti Baş nazir Navaf Salamın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib.
APA xəbər verir ki, bu barədə parlamentin bəyanatında deyilir.
“Salam hökuməti parlamentin 95 səsi ilə etimad səsverməsində qalib gəlib”, - bəyanatda deyilir.
Baş nazir çıxışı zamanı yeni hökumətin əsas hədəflərini açıqlayıb.
O, iqtisadiyyatda, dövlət institutlarında və məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların aparılmasının zəruriliyini, həmçinin ölkənin suverenliyinin möhkəmləndirilməsinin və Livanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.