Tel-Əviv yaxınlığında 3 avtobus partlayıb.
Parol.az xəbər verir ki, partlayışlar və sonrakı yanğınlar nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobuslara yerləşdirilmiş daha iki partlayıcı qurğu da aşkar ediblər.
Partlayıcı qurğuların çəkisi təxminən 5 kiloqramdır.
Partlayışlarda şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir.