EN

Azərbaycan millisi üçün daha bir rəqib

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, A millimiz Haiti yığması ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan millisi isə 117-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə də yoldaşlıq görüşü keçirəcək.

Chosen
160
24
teleqraf.com

10Sources