Azərbaycan Prezidenti İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya rəsmi səfər edəcək.
Valyuta.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Prezident Kompleksində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabr 2023-cü ildə birlikdə təməlini qoyduqları "İğdır-Naxçıvan" qaz kəmərinin açılış mərasimi videobağlantı vasitəsilə həyata keçiriləcək.
Rəhim