EN

Vəhşi heyvanların peyvəndləməsi aparılıb

Vəhşi

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.“Ulusum”.az xəbər verir ki, FHN-dən bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.

Diqqət Çəkənlər

Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib

Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib

Erməni bloger: Ararat Mirzoyan yalan danışır - FOTO

Chosen
283
31
ulusum.az

10Sources