EN

785 mindən artıq ağac əkilib - Vətən Naminə

">

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, payız əkin mövsümünün başladığı dövrdən bugünədək ölkənin meşə fondu torpaqlarında, həmçinin meşə fondu olmayan digər ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 785 500 ağac əkilib, 24 700 kiloqramdan artıq toxum səpilib.

Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Chosen
149
7
vetennamine.az

8Sources