"Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarlarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək".
Â
Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.
Â
O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onları maddi zərərə gətirib çıxarır.
Â
Taksi sürücüləri bildirirlər ki, onlara qanuni şəkildə fəaliyyət göstərmək üçün lazım olan fərqlənmə nişanları, sertifikatlar verilsə də, onların iş şəraiti gündən-günə gərginləşir.
Â
Sürücülər tələb edirlər ki, yaşlı insanları, uşaqlı ailələri və ya fiziki imkanları məhdud sərnişinləri daha rahat formada daşımaq mümkün olmalıdır.
Â
Məsələ ilə bağlı AYNA bildirib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır.
Â
Qeyd olunub ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqlarının əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.
Â