"Tezliklə İranla bağlı nə isə olacaq, bunu eşidəcəksiniz".
Parol.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp sülh sazişi görməyə üstünlük verdiyini deyib:
"Amma ikinci variant da problemi həll edəcək. Onlar nüvə silahına sahib ola bilməzlər. Çox yaxın zamanda bir şey baş verəcək”.