EN

Xüsusi nümayəndə: Bu günədək Ağalıda 200 ev tikilib

Xüsusi

Zəngilan, 5 dekabr, Eyyub Ələsgərov, AZƏRTAC

Bu günə kimi Zəngilanın Ağalı kəndində 200 ev tikilib.

AZƏRTAC-ın Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bu sözləri “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Zəngilanda keçirilən konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Ağalı kəndinə əhalinin köçürülməsinə 2022-ci ildə start verilib və bir il ərzində 871 nəfərdən ibarət 175 ailə köçürülüb.

“Ağalı sakınləri burada təhsil, səhiyyə, iş yerləri, şirin su və yaşıl enerji ilə təmin olunublar” - deyə, V.Hacıyev vurğulayıb.

Chosen
425
50
azertag.az

10Sources