EN

Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək

Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də, saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Ağdam, Goranboy, Naftalan, Tərtər rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Chosen
185
9
demokrat.az

10Sources