EN

Səhiyyə Nazirliyində “GE Healthcare” şirkətinin regional direktoru ilə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanlar müzakirə edilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində ABŞ-ın “GE Healthcare” şirkətinin Rusiya vəMDB ölkələri üzrə prezidenti və İcraçı direktoru Yelena Legezinanınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Azərbaycanın səhiyyə naziriTeymur Musayev “GE Healthcare” şirkətinin dünyada tibbi avadanlıqvə texnologiyaların aparıcı istehsalçılarından biri olduğunu qeydedib:

“Şirkətin dünyanın qabaqcıl xəstəxanalarının yüksək keyfiyyətlidiaqnostik vizualizasiya avadanlığı, eyni zamanda MRT və ultrasəsaparatları, müasir İT həlləri ilə təmin edilməsi sahəsində zəngintəcrübəsi mütəxəssislərə differensial diaqnostika zamanı dəqiqməlumat əldə etməyə imkan verir. Bundan əlavə, “GE Healthcare”texnologiyaları həkimlərin və tibb müəssisələrinin səmərəliliyiniartırmağa və bir çox xəstəliklərin müalicəsinin dəqiq üsullarınıseçməyə kömək edir”.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığıninkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən “GE Healthcare”şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti belə görüşlərintəcrübə və bilik mübadiləsi baxımından vacibliyini vurğulayıb.Nümayəndə heyətinin rəhbəri Azərbaycan ilə əməkdaşlığın inkişafetdirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edilib ki, tibbi görüntüləmə və informasiya texnologiyalarısahəsində zəngin təcrübəsi ilə yanaşı, “GE Healthcare” şirkətitədqiqat və innovasiyalara fəal sərmayə qoyur, eyni zamanda aparıcıtibb müəssisələri və səhiyyə mütəxəssisləri ilə əməkdaşlıq edir.Bundan əlavə, ixtisaslaşmış mütəxəssis və ekspertlərə tibbiavadanlıqlarla işləmək vərdişlərinə yiyələnməsinə kömək göstərməkməqsədilə “GE Healthcare” şirkəti Rusiya, Qazaxıstan vəÖzbəkistanda “GE Healthcare Academy” tədris mərkəzini açıb.

Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqüçün potensial imkanları müzakirə ediblər.

Səhiyyə
Səhiyyə
Chosen
189
4
az.trend.az

5Sources