EN

Azərbaycana ABŞ-dan rüsum: təsir nə olacaq?

Azərbaycan bundan sonra Amerika Birləşmiş Ştatlarına satacağı mallara görə, 10 faizlik gömrük rüsumu ödəyəcək.

Azərbaycan ABŞ-a əsasən xam neft satır. Ölkə ötən il ABŞ-a ümumilikdə 135 milyon dollar dəyərində məhsul satıb.

Digər ixrac məhsullarından bəziləri bunlardır - xurma, çay, heyvan bağırsaqları, mədələri və tərəvəz konservləri.

Lakin gömrük rüsumunun artmasının Azərbaycana elə ciddi təsiri olmayacaq, iqtisadi təhlilçi Rövşən Ağayev deyir.

Cənab Ağayev deyir ki, Azərbaycanın ABŞ-a ixracatı çox kiçik həcmdədir və tətbiq olunan rüsumun məbləği də çox aşağıdır.

Rovşən Ağayev bu tarif tətbiqini Azərbaycana dolayı təsirlərinin böyük ola biləcəyini də deyir.

Yəni, qlobal böhran yaransa, neft-qaz qiymətlərinin ucuzlaşması baş verə bilər, bu da Azərbaycanın iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Maliyyə bazarlarında eniş olsa, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları ilə alınan aktivlərin bir hissəsi dəyərini itirə bilər.

ABŞ ötən il Azərbaycana 1,6 milyard dollar dəyərində məhsul satıb.

Bunlar arasında dəmir, polad, maşınlar, nəqliyyat vasitələri, öküz spermi, aşınmamış dəri, diri iribuynuzlu heyvanlar, balıq və dəniz məhsulları, pendir, meyvələr var.

Azərbaycan da ABŞ-a 10 faizlik görmük rüsumu tətbiq edir.

ABŞ indiyədək Azərbaycana Ümumiləşdirilmiş Üstünlüklər Sistemi çərçivəsində, rüsum tətbiq etməyib.

Bu sistem inkişaf etməkdə olan ölkələrə bir sıra məhsulları inkişaf etmiş ölkələrə rüsumlarsız satma imkanı verirdi.

ABŞ Prezidenti Donald Trump-ın çərşənbə günü açıqladığı qərar dünyanı silkələyib.

Dünya liderləri onun bu qərarının dünya iqtisadiyyatına "büyük zərbə" olduğunu bildirirlər.

Videonu Youtube-dan izləyin.

Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Chosen
385
bbc.com

1Sources