EN

Cəbrayıl rayonunda “Aprel döyüşləri – Qələbəyə aparan yolun başlanğıcı” mövzusunda tədbir keçirilib - Vətən Naminə

">

İştirakçılar, Şəhidlər xiyabanında və Zabrat qəbristanlığında aprel şəhidləri Ruhin Qəhrəmanovun, Mahmud İbrahimovun və digər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirələrini dərin ehtiramla yad ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək  Böyük Zəfərin başlanğıcı olan 4 günlük Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, döyüş qəhrəmanlarının keçdikləri şərəfli yoldan, şanlı qələbəmizin əldə olunmasında  Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından geniş söhbət açıb. Bildirib ki, bu qəhrəmanlar içərisində rayonumuzun 2 igid övladı Ruhin Qəhrəmanov və Mahmud İbrahimovun adlarını bu gün fəxrlə çəkirik. Məhz belə oğulların, rəşadətli Azərbaycan Ordusunun sayəsində İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı  zərbə vuruldu, torpaqlarımız işğaldan azad edildi. Bu gün hər bir azərbaycanlı doqquz  il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın  işğaldan azad edilən Qarabağın və Şərqi Zəngəzurun hər güşəsində dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan ordusuna minnətdarıq.

Tədbirdə  şəhid  Ruhin Qəhrəmanovun təhsil aldığı R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidlərin valideynlərinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin  əziz tutulmasına görə dövlət rəhbərliyinə minnətdarlıq ifadə edən fikrləri dinlənilib və oğulları ilə bağlı xatirələri bölüşülüb.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
227
17
vetennamine.az

10Sources