EN

ƏLBƏYAXTININ ŞƏRƏFLİ YUBİLEYİ – FÜZULİDƏ FUTBOL YARIŞI KEÇİRİLDİ - Vətən Naminə

">

Əfqanıstan və Qarabağ müharibəsi veteranı, tanınmış neftçi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) üzvü Kamal Hilal oğlu Məmmədovun 65 illik yubileyi münasibətilə kəndarası futbol yarışı təşkil olundu.

Tədbiri AzQMƏVŞAİB Füzuli rayon filialının sədr müavini Ədalət Sərkərov açaraq yubilyarın şərəfli həyat və fəaliyyət yolundan bəhs etdi. O, Kamal Məmmədovun həm döyüş, həm də əmək cəbhəsindəki xidmətlərini, gənc nəslə örnək olacaq vətənpərvərliyini xüsusi vurğuladı.

Yubiley mərasimində “Qurtuluş” qəzetində və müxtəlif saytlarında Kamal Məmmədova həsr olunmuş şeirlər səsləndirildi, iştirakçılar arasında duyğusal anlar yaşandı.

Tədbirdə N-saylı sərhəd qoşunlarının komandası da iştirak etdi və bu, tədbirə xüsusi rəsmi və emosional çalar qatdı. Daha sonra 14 kənd komandası arasında futbol yarışına start verildi. Gərgin və maraqlı oyunların nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar kubok və hədiyyələrlə təltif olunacaqlar.

Bu tədbir, yalnız yubilyarın əziz xatirəsinə ehtiram deyil, eyni zamanda gənclərdə vətənə sevgi və birliyə çağırış ruhunu da möhkəmləndirən əlamətdar bir gün oldu.

 

 

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
194
17
vetennamine.az

10Sources