EN

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq palatadan bildirilib.

"Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir", - cavabda qeyd olunur.

Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.

Chosen
180
29
operativmm.az

10Sources