EN

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş icraçı direktoru
NEQSOL Holdinqin Baş icraçı direktoru
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

Chosen
100
13
demokrat.az

10Sources