AZ

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib. Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir: Dövlət Komissiyasının sədri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Dövlət Komissiyasının üzvləri Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti PAŞA Holdinqin Baş icraçı direktoru NEQSOL Holdinqin Baş icraçı direktoru Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. Bundan başqa, Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilir.

Seçilən
84
13
turanpress.com

10Mənbələr