EN

İsrail Türkiyəni niyə hədələyir? - İranı vurmaq üçün zəmin hazırlanacaq? (TƏHLİL)

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona son səfərində Donald Trampı Türkiyəyə qarşı qaldırmağa çalışdı.

İsrail nə istəyir?

İstəyir ki, ələvilərin yaşadığı ərazidə-Aralıq dənizinin sahilləri boyunca, Livan kimi bir qondarma dövlət düzəltsin. Eyni zamanda Suriyadakı Amerikan yanlısı PKK-çı kürdləri və duruzları Türkiyəyə qarşı qaldırsın. Ancaq İsrailin bu istəyinin baş tutacağı əvvəlcədən real görünmürdü. Niyə? Bəziləri bunu D.Trampın T.Ərdoğanla xüsusi dostluq münasibəti ilə izah etməyə çalışır. Bəli, onların arasındakı dostluq münasibətinin də bu işə müəyyən təsiri var. Ancaq əsas məsələ bu deyil. Məsələ ondadır ki, Türkiyə bütün parametrlər baxımından Yaxın Şərqdə dominant ölkədir. Bu, real siyasətdə ciddi rol oynayır. D.Trampın yerinə başqa bir prezident olsaydı o da Benyamin Netanyahuya oxşar cavab verəcəkdi.

Niyəsi də bəllidir. İsrail hesab edir ki, Türkiyə HƏMASı Suriyada yenidən gücləndirib ona qarşı istifadə edə bilər. Təsadüfi deyil ki, Benyamin Netanyahu D.Trampa deyir ki, HƏMAS-ın müttəfiqi olan Türkiyəyə F-35 qırıcıları verməyin. Ancaq Amerika artıq sözünü deyib. Türkiyə F-35-i alacaq...

2000-ci ilin dekabrında Ayətullah Xamenei İsraili xərçəng xəstəliyi ilə müqayisə edib. Prezident Mahmud Əhmədinejad isə 2005-ci ildə İsraili “xəritədən silməklə” hədələdi...

Bu qarşıdurmanın kökü bir qədər əvvələ gedib çıxır. Cənab Ərdoğan 2009-cu ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu konfransında İsrailin Qəzzada davranışını sərt şəkildə tənqid etdi. Toplaşan tamaşaçıların Peresi alqışlamasından sonra Ərdoğan: "İnsanların sizin dediklərinizi alqışlaması məni çox üzür. Siz insanları öldürdünüz. Məncə, bu, çox yanlışdır". Moderator, “The Washington Post”-un köşə yazarı David Ignatius, insanların şam yeməyinə getməsi lazım olduğunu deyərək Ərdoğandan sözünü bitirməsini istədi. Cənab Ərdoğan jurnalistə xatırlatdı ki, o, 12 dəqiqə, Peres isə 25 dəqiqə danışıb.

Bir önəmli məqamı da deyim: İsrail hazırda Suriyadakı PKK-çı kürdləri dəstəkləyir. Ancaq bu da faktdır ki, İsrail PKK lideri Abdullah Öcalanın 1999-cu ildə həbsində müstəsna rol oynayıb. Niyə İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə yardım edib? Çünki PKK solçu təşkilatdır və anti-sionist mövqedən çıxış edirdi. Bu isə İsrailin maraqlarına zidd idi.

Uzun müddətdir ki, separatçı kürdlər İsrail ilə sıx münasibət qurublar. Təbii ki, PKK da anti-sionist mövqedən çoxdan imtina edib...

ABŞ-ın Suriyadan çıxması isə vəziyyəti kəskin şəkildə Türkiyənin lehinə dəyişəcək. Ona görə də əminliklə demək olar ki, İsrail Türkiyəni hədələsə də bundan uzağa gedə bilməyəcək. İranı isə İsrail vuracaq. Bu məsələdə ABŞ da İsrailə hər tərəfli dəstək verməyə hazırdır. Nə qədər ki, yəhudilərin ən yaxın dostu sayılan D.Tramp Amerika prezidentidir İsrail İran məsələsini həll etməlidir. Əks təqdirdə, İsrail xəritədən silinmə təhlükəsi ilə üzləşə bilər...

Elbəyi Həsənli. Sürix

MIA.AZ

Chosen
221
3
mia.az

3Sources