EN

Onlayn alış-veriş edənlərin nəzərinə - XƏBƏRDARLIQ EDİLDİ

Bu gün, 17:20

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
"Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın".

Chosen
155
21
Reportyor.tv

10Sources