Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 13:32-də qeydə alınıb. Zəlzələnin dərinliyi 72 kilometr, maqnitudası isə 3,3-dür.