Aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.
Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına görə, Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.
Hazırda Bakıda vÉ™ AbÅŸeron yarımadasında güclü külÉ™klÉ™ müşayiÉ™t olunan leysan yağış yağır. Bakıda vÉ™ AbÅŸeron yarımadasında güclü ÅŸimal-qÉ™rb külÉ™yi É™sir vÉ™ külÉ™yin maksimal sürÉ™ti 33 m/s-yÉ™ çatır.Â
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.