EN

Astanada "Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusunda II Mərkəzi Asiya Media Forumu keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti Qazaxıstan RespublikasınınMədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən“Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişafaləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumunda iştirakedir.

Trend xəbərverir ki, “Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri vəəməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafıAgentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müasirdövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühitisürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyəəhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir vəictimai-siyasi proseslərin idarəolunmasında müstəsna roloynayır.

İcraçı direktor media savadlılığının artırılması, etikjurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığıngücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərinsürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavabvermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasınıtəmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, 16-17 aprel tarixlərini əhatə edən II MərkəziAsiya Media Forumu çərçivəsində Mərkəzi Asiya dövlətlərinin mediasahəsində qarşılıqlı əməkdaşlıq imkanları, qlobal medianıninkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süniintellekt və məlumat axını dövründə medianın rəqəmsaltransformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğindərolu kimi məsələlər müzakirə olunacaq.

Astanada
Astanada
Astanada
Astanada
Astanada
Chosen
300
28
az.trend.az

10Sources