Bakıda müşahidə olunan yağıntı son 59 ilin rekord göstəricisidir.
Bunu Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud hava şəraiti ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıda sonuncu dəfə 1966-cı ildə rekord həddə yağıntı qeydə alınıb.
Xidmət rəsmisi sel təhlükəsi barədə də danışıb və insanları diqqətli olmağa çağırıb.
O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin son 100 illik hidrometeoroloji statistik məlumatların təhlilinə əsasən, Bakıda və Abşeron yarımadasında 1966-cı ilin aprelin 23-də 73,3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: