EN

Ceyhun Bayramov Sloveniya XİN başçısı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayonu qarşılayıb.

Bu barədə Azərbaycan XİN "X"də məlumat yayıb.

Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri geniş spektrli ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün təkbətək görüş keçiriblər.

Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub.

Chosen
165
6
anspress.com

10Sources