EN

Səudiyyə Ərəbistanının müdafiə naziri Tehrana səfər edib

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Tehrana gedib. 

Missiya.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Məlumata görə, şahzadə Xalid bin Salmanın İranın yüksək səviyyəli hərbi və siyasi rəsmiləri ilə mühüm görüşlər keçirəcəyi gözlənilir. 

O, İranda Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşəcək və daha sonra onun üçün digər mühüm görüşlər təşkil olunacaq. 

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
250
40
missiya.az

10Sources