Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 %-i, tikinti-quraşdırma işlərinin isə 63 %-i tamamlanıb.
Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.
Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.