EN

ABŞ ədalətli ticarət sistemi yaratmaq istəyir - Vens

ABŞ yeni, balanslaşdırılmış və ədalətli ticarət sistemi yaratmaq istəyir.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Biz yeni, balanslaşdırılmış, açıq, sabit və ədalətli dünya ticarət sistemi qurmaq üçün bir araya gəlmək zərurətini dərk edən ölkələrlə tərəfdaşlıq etmək istəyirik”, - Vens bildirib.

Onun sözlərinə görə, ABŞ digər ölkələrlə ümumi milli maraqlar əsasında ticarət əlaqələrini inkişaf etdirmək istəyir.

Chosen
392
1
axar.az

10Sources