Bakı. Trend:
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünyatəşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubdaErmənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqətçəkib.
Trend xəbər verir ki, bubarədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumatyayıb.
Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbicinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəmankimi təbliğ edildiyi uzunmüddətli və dərin köklü etnik eksklüzivlikvə dözümsüzlük siyasətini həyata keçirən monoetnik dövlət olanErmənistanın İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalqmübarizə günü münasibətilə keçirilən anım sessiyasında könüllüolaraq çıxış etməsi olduqca ironikdir:
“Əslində, gözlənildiyi kimi, belə bir çıxış Ermənistana tamamiləəks təsir bağışlayıb. Çünki bir tərəfdən onun rəhbərliyininbarışdırıcı bəyanatları, digər tərəfdən isə eyni ölkənin BMT-dəkinümayəndəsinin qızışdırıcı ritorikası arasında açıq-aşkaruyğunsuzluq üzv dövlətləri çaşqın və anlaşılmaz vəziyyətə salır”, -məktubda qeyd olunub.