EN

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri bu gün imtahan veriblər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 24-də xüsusi hazırlıqkeçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektronimtahanlar korpusunda test imtahanı keçirilib.

DİM-dən Trend-əbildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saatmüddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələriüçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqdavə ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanışolmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzindəDİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizədqeydiyyatdan keçib. Onlardan 1445 namizəd imtahana gəlib. İmtahannəticələrinə əsasən, 1261 namizəd tələb olunan şərtləri ödəyərəkuğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyənnormativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusihazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib.10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermişsayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olanşəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləribarədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin25-də və 28-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzininelektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakışəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Chosen
212
35
az.trend.az

10Sources