EN

Tramp seçiləcəyi təqdirdə ilk gün edəcəyi iki vədi açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilərdə yenidən prezident seçiləcəyi təqdirdə “ilk gün istisna olmaqla” diktator olmayacağını bildirib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp bu barədə seçki kampaniyaları üçün getdiyi Ayova ştatının Davenport şəhərində bir televiziya kanalına açıqlama verərkən deyib. O, Ağ Evə yenidən seçildiyi təqdirdə səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərindən qisas alacağına dair ittihamları rədd edib.Həmçinin, Tramp vəzifəyə başlayan kimi ölkəsinin Meksika ilə sərhədini bağlamaq və neft hasilatını “ilk gündə” artırmaq üçün prezident səlahiyyətlərindən istifadə edəcəyinə söz verib.Qeyd edək ki, əvvəlki açıqlamalarında Tramp söz vermişdi ki, yenidən hakimiyyətə gəlsə, ona qarşı cinayət sənədləri hazırlayan Ədliyyə Nazirliyinin bürokratiyasından, xüsusən də indiki prezident Co Baydendən “intiqam” alacaq. Anketlərə görə Trampın şanslı hesab edildiyi Ayova ştatında ilkin seçkilər yanvarın 15-də başlayacaq.ƏfsanəManşet.az

 

Chosen
621
12
manset.az

10Sources