EN

Bakıda avtobusların sayı artırılacaq

Hazırda Azərbaycada yerli şirkətlərə məxsus 14 minə yaxın “TIR” adlanan nəqliyyat vasitələri fəaliyyət göstərir. 

Missiya.Az APA -ya istinadən xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib. 

O bildirib ki, bu 2022-ci illə müqayisədə 10 min ədəd artım deməkdir: “Bu, həm də yeni iş yerləri deməkdir. Sərnişin daşıma sahəsində Bakıda 2200-dən çox avtobus fəaliyyət gösətrir. Bu da gündə bir milyondan çox sərnişin daşınma deməkdir.” 

“Ümumi yanaşma budur ki, 2030-cu ilə qədər Bakı 30 ən yaxşı şəhər sırasına qoşulsun. Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Yaxın gələcəkdə avtobusların sayını bir az da artırmağı düşünürük”, - deyə, o, əlavə edib.

Chosen
174
50
missiya.az

10Sources