EN

Laçın sakini olan zərərçəkmiş şəxs: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - MƏHKƏMƏ

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 5-də davametdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyathakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmişşəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habeləonların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Xocavənd rayonunun Ermənistan silahlıqüvvələri tərəfindən işğal edilməsi ilə bağlı daha birvideomaterial tədqiq olunub. 1993-cü ilin aprelində ermənilərtərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxtErmənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavəndrayonunda Ermənistan ordusunun bir qrup hərbçisi, o cümlədən SerjSarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırdaməhkəmədə mühakimə olunan Davit İşxanyan görünür.

Erməni dilindəki videomaterialın tərcüməçi vasitəsilə tədqiqizamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağagəlibmiş.

Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir.S.Sarkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan yox, hücuməməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir” deyəbildirir.

Videomaterialda sonra əraziyə baxış keçirilir, S.Sarkisyan həminvaxt 28-ci Xocavənd taborunun komandiri D.İşxanyanla söhbət edir.D.İşxanyan ona Ağdamın və rayonun Abdal Gülablı istiqamətindəkidöyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədədanışılır. Sonra isə Serj Sarkisyan əsgərlərlə bir qədər söhbətedir.

Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsDavit İşxanyana məhkəmədə nümayiş olunmuş videomaterialla bağlısuallar ünvanlayıblar.

D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorlarınsuallarını cavablandırarkən bu videomaterialın çəkilməsini vəS.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyərəkbildirib: “Mənim taboruma gəlmişdilər. Taborun mövqelərindəkivəziyyətlə tanış olurdular”.

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: “SerjSarkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistansilahlı qüvvələrinin keçmiş baş qərargah rəisi – red.). O, həminvaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənimqərargah rəisim Aramayız Karapetyandır.

Videoda arxada duran sürücüdür. Dəqiq yadımda deyil, MovsesAkopyanın və ya Monte Melkonyanın sürücüsü idi”.

D.İşxanyan suallara cavabında S.Sarkisyanın “daha çox ərazitutmaq”la bağlı dediklərinə belə münasibət bildirərək qeyd edib:“Mən Sarkisyanın dediklərini şərh edə bilmərəm”.

Təqsirləndirilən şəxs D.İşxanyan komandiri olduğu tabor üçüntəminatın “Xocavənd müdafiə rayonu”nun qərargahından gəldiyinibildirib.

D.İşxanyan komandiri olduğu taborun 1993-cü ilin iyul-avqustaylarında Ağdam istiqamətlərində döyüş əməliyyatlarında iştiraketdiyini də vurğulayıb.

Ardınca məhkəmədə Laçın rayonunun Ermənistan silahlı qüvvələritərəfindən işğal olunması ilə bağlı videomaterial nümayişetdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmışvideomaterialda Laçın rayonunda yanan evlər, Ermənistan ordusununbir qrup hərbçisi əksini tapır. Videoda bir erməni hərbçi digərinə“Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kəndininsakini olduğunu, 1992-ci ilin mayında kəndin Ermənistan silahlıqüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası MehtiMəmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindənöldürüldüyünü diqqətə çatdıraraq deyib: “Rus əsgərlərin dediyinəgörə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım var idi”.

Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonununCağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. Oda yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlıqüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunubildirib. Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddəyerləşdiyini, işğala qədər Ermənistanın Gorus rayonu, o cümlədənhəmin rayonun Dığ kəndi istiqamətindən mütəmadi şəkildə atəşətutulduğunu da söyləyib: “1992-ci il mayın 8-dək ermənilərinhücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlarvahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”,“Alazan” raketlərindən, uzaqvuran toplardan istifadəedirdilər”.

A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarətikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçıtikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzluheyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni,ona böyük zərər dəyib.

Sonra məhkəmədə 1992-ci il avqustun 28-də Goranboy rayonununBallıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollarelan olunub və hadisə yerindən tükürpədən fotolar nümayişetdirilib.

Sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqətiolaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstanmeşəliyinin kənarında alaçıqlarda məskunlaşan Laçın rayonununNağdalı kəndinin sakinləri 1992-ci il avqustun 28-də gecə saattəxminən 5 radələrində erməni hərbçiləri tərəfindən odlusilahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfərqətlə yetirilib, 9 nəfər yaralanıb.

Həmin qətliam zamanı qətlə yetirilənlərdən 7-sinin yaşı 18-dək,4-nün yaşı isə 60-dan yuxarı olub. Ümumilikdə 13 qadın, 11 kişihəlak olub.

Daha sonra məhkəmədə 1992-ci il sentyabrın 19-da Goranboyrayonunun Gülüstan kəndində azərbaycanlı sakinlərin atəşə tutulmasıfaktı üzrə sənədlər tədqiq edilib. Sənədlərə əsasən, həmin gün saat18 radələrində Ermənistan silahlı qüvvələri Goranboy rayonununGülüstan kəndində kartof yığımı ilə məşğul olan sakinlərə silahlıhücum edib. Nəticədə 20 dinc sakin odlu silahlardan açılan atəşlərnəticəsində qətlə yetirilib, bir neçə nəfər isə xəsarətləralıb.

Həmin gün Goranboyun Gülüstan kəndinə hücum edilərkən rayonunAğcakənd polis bölməsinin əməkdaşları onlara silahlı müqavimətgöstərib və dinc sakinləri həmin ərazidən təxliyə edərkən pusquyasalınıb. Nəticədə 13 nəfər qətlə yetirilib, 8 nəfər yaralanıb.Qətlə yetirilmiş şəxslərdən 2-si, həmçinin xəsarət almış şəxslərdən2 nəfəri polis əməkdaşı olub.

Zərərçəkmiş şəxs Binnət Mehdiyev Şuşa şəhərindən məcburi köçkünkimi Laçın rayonunun Nağdalı kəndində məskunlaşdığını, 1992-ci ilmayın 17-18-də kəndin işğal olunduğunu, bundan sonra Goranboyrayonunun Ballıqaya kəndinə gəldiklərini bildirib.

B.Mehdiyev 1992-ci il avqustun 28-də erməni silahlılarının hücumetdiklərini, nəticədə 24 nəfərin qətlə yetirildiyini bildirib.Hadisə zamanı onun atası, anası, iki qardaşı, bacısı və digər yaxınqohumları qətlə yetirilib. “Hadisə zamanı Vəzir adlı qohumumunhəyat yoldaşını və 6 uşağını qətlə yetiriblər. Uşaqlardan birialtıaylıq körpə idi”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Şəhla Quliyeva 1992-ci ilin mayında Laçınrayonundan məcburi köçkün kimi əvvəlcə Goranboyun Baş Qışlaqkəndinə, daha sonra isə həmin rayonun Ballıqaya kəndinəköçdüklərini deyib.

O, 1992-ci il avqustun 27-də ərazidə vertolyot gördüyünü və bubarədə qayınanasına məlumat verdiyini söyləyərək deyib: “Həmin gecənigaran yatdıq. Avqustun 28-də səhər saat 5 radələrində gördüm ki,ətrafı alov bürüdü”.

Ş.Quliyeva həmin vaxt hündürlükdə olan alaçıqdan yaxınlıqdakımeşəyə düşdüyünə görə təsadüfən sağ qalıb. O, hadisə zamanı gülləyarası alıb.

O, hadisə zamanı qayınanasının, baldızlarının, qayınanasının 110yaşlı qayınanasının və digər qohumlarının qətlə yetirildiyinibildirib.

Zərərçəkmiş şəxs Nəsrəddin Mustafayev 1992-ci il sentyabrın19-da kartof yığmaq üçün getdiyi Goranboy rayonunun Gülüstankəndində Ermənistan ordusunun bölmələri tərəfindən atəşətutulduqlarını, nəticədə ayağından yaralandığını vurğulayıb. O qeydedib: “Ayaq barmaqlarımın üçdəbir hissəsi yoxdur”.

Zərərçəkmiş şəxs Sahibə Mustafayeva bildirib ki, 1992-ci ilsentyabrın 19-da atası Kazım, babası Salman ilə birlikdə GoranboyunGülüstan kəndinə kartof yığmağa gedib, geri qayıdarkən atasınınidarə etdiyi avtomobili Ermənistan hərbçiləri atəşə tutublar.Güllələrdən biri atasına, digəri isə babası Salmana dəyib. Həminvaxt 12 yaşı olan S.Mustafayeva ayağından güllə xəsarəti alıb vəhuşunu itirib. Sonradan bilib ki, həmin hadisə nəticəsində çoxluadam, o cümlədən babası Salman və atası Kazım ölüb.

Zərərçəkmiş şəxs Nofəl Nuruyev qeyd edib ki, müdiri QafqazRüstəmovun tapşırığı ilə 1992-ci il sentyabrın 19-da idarə etdiyi“Zil” markalı avtomobillə Tapqaraqoyunlu kənd sakini İsrafilİsmayılov və yolda avtomobilinə götürdüyü tanımadığı 3 azərbaycanlıilə birlikdə kartof yığmaq üçün Goranboyun Gülüstan kəndinəgediblər. Orada onlardan başqa çoxlu sakinin də kartof yığmaq üçünorada olduğunu görüb. Geri qayıdarkən polis postunu keçdikdən sonrayolun meşə ərazisində qəflətən erməni hərbçilər onun olduğuavtomobili odlu silahlardan atəşə tutublar. Həmin vaxt polislərköməyə gəlib və erməni hərbçilərlə atışma davam edib. Nəticədə o,gözündən güllə yarası alıb, İsrafil İsmayılov isə həlak olub.Hazırda bir gözü görmür. Sonradan ona məlum olub ki, hadisənəticəsində təxminən 20-yə yaxın azərbaycanlı qətlə yetirilib, birneçə nəfər isə yaralanıb. Ölən şəxslərdən Qaraqaşlı kənd sakiniKazım Məmmədovu və qayınatası Salman Qocayevi tanıyıb.

Zərərçəkmiş şəxs Xaləddin Rüstəmov ifadəsində Goranboy rayonununAşağı Ağcakənd Polis Bölməsində polis işlədiyini, 1992-ci ilsentyabrın 19-da Gülüstan kəndindəki polis postunda xidmətdəolduğunu bildirib. X.Rüstəmov deyib ki, həmin gün çoxlu saydaazərbaycanlı sakin Gülüstan kəndində kartof yığımı ilə məşğul olubaxşamüstü geri qayıdan ərəfədə kənd odlu silahlardan atəşə tutulub.Nəticədə o və polis əməkdaşı Ceyhun Teyyubov xəsarət alıb, ElxanSüleymanov və Yavər Kazımov isə həlak olub.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmişməhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (besynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
152
50
az.trend.az

10Sources