EN

Ərdoğan Yunanıstanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya səfər edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğanın Yunanıstana səfəri bir gün davam edəcək.

O, səfər çərçivəsində Türkiyə-Yunanıstan Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcək, eləcə də Yunanıstan Prezidenti Katerina Sakelaropulu və Baş nazir Kiriakos Mitsotakis ilə ikitərəfli görüşlər keçirəcək.


Chosen
357
24
qafqazinfo.az

10Sources