EN

Putin İstanbul danışıqlarında iştirak etməyəcək

BAKI, 13 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin İstanbul danışıqlarında iştirak etməyəcək.

Teleqraf xəbər verir kİ, “The Washington Post” Moskvadakı mənbələrinə istinadən danışıqlarda Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

İstanbuldakı danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Lavrov və Prezidentin müşaviri Uşakov daxildir.

Beləliklə, nəşr Putinin İstanbulda olmayacağını təsdiqləyir.

Chosen
30
26
teleqraf.com

10Sources