EN

“Sumqayıt” Vaqif Cavadova cəmi dörd gün güvəndi!

Futbol üzrə ölkə çempionatında qəribə tendensiya yaranıb: hansı məşqçi klub rəhbərliyini tənqid etdisə, dərhal istefa ərizəsini masanın üzərinə qoymalıdı.

Cavid Hüseynov “Səbail”də bu taleni yaşamışdı, Vaqif Cavadov “Sumqayıt”da təkrarladı. Məgər Cavadovun qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmuşdu ki, indi elitada qalmağı ona bağışlamadılar?!

Vaqif bəy mayın 12-də istefaya göndərildi. İndi isə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin mayın 8-də“Sumqayıt24.az”a açıqlamasına baxaq:
“Vaqif Cavadovun “Sumqayıt”dan göndəriləcəyi ilə bağlı xəbərləri təəssüf hissi ilə izləyirik. Vaqif müəllimin klubla müqaviləsi var, klub ona güvənir. Bütün diqqətimizi qarşıdakı üç oyuna yönəltmişik. Hansısa əcnəbi mütəxəssislə də danışıq aparmamışıq, belə fikrimiz də yoxdu”.

Görəsən, 4 gün ərzində nə dəyişdi? Heç nə! Mayın 11-də səfərdə “Kəpəz”ə uduzan “Sumqayıt”ın baş məşqçisi oyundan sonra klub rəhbərliyini tənqid etdi və bununla da “özünə qəbir qazdı”. Çox sadə həqiqətdi!

MÜZƏFFƏR QULUZADƏ
Chosen
14
1
football-plus.az

10Sources