O, ABŞ Nümayəndələr Palatasında dinləmələr zamanı konqresmenlərin Ukraynaya silah tədarükü ilə bağlı sualını cavablandırarkən deyib: “Bunun üçün büdcədə ixtisarlar var. İndiki administrasiya bu münaqişəyə tamam başqa cür baxır. Hesab edirik ki, danışıqlar yolu ilə sülh sazişi hər iki tərəfin və xalqımızın maraqlarına uyğun ən yaxşı həll yoludur. Xüsusən də dünyada ziddiyyətli tendensiyalar nəzərə alınmaqla”.

Nazir deyib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra ABŞ Kiyevə 66 milyard dollardan çox yardım edib.