Bu ilin yanvar-mart aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumilikdə 738 milyon 383 min manat investisiya yatırılıb.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu məbləğin 727 milyon 996 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.
İlin birinci rübündə Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 316 milyon 950 min manat təşkil edib. Həmin məbləğin 310 milyon 815 min manatı tikinti-quraşdırma işlərinə aid olub.
Üç ayda Şərqi Zəngəzur iqtisadi rayonuna 421 milyon 432 min manat investisiya yatırılıb. Bu məbləğin 417 milyon 180 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.